image-2000x150px
image-njbackend

Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

image-728x90px

Peşəkar Futbol Liqasında (PFL) yeni kadr təyinatı olub.

PFL-in rəsmi saytında bildirilib ki, rəhbərliyin qərarına əsasən, qurumda icraçı direktor postu təsis edilib və Zaur Hacı-Məhərrəmov bu posta təyinat alıb.

Zaur Hacı-Məhərrəmov 2009-cu ildən AFFA-da fəaliyyət göstərir. Bu müddət ərzində AFFA-da müxtəlif postlarda çalışan Z.Hacı-Məhərrəmov ölkədə keçirilən böyük beynəlxalq yarışlarda da fəaliyyət göstərib. PFL-in yeni icraçı direktoru eyni zamanda beynəlxalq oyunlara UEFA nümayəndəsi kimi təyinat alır.

Qeyd edək ki, bunadək PFL-də Aslan Şahgəldiyev vitse-prezident, Elgiz Abbasov isə texniki idman direktoru kimi təsdiqlənib.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki