Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Fransada hökumətin qurulmasını maraqla izləyəcək.
“Hökumətin formalaşdırılması və bəzi blokların rəsmiləşdirilməsi prosesini böyük maraqla izləməyə davam edəcəyik”, – deyə o bildirib.
Bundan əlavə, Peskov qeyd edib ki, fransalı seçicilər “axtarışdadırlar”.
O, həmçinin bildirib ki, Moskva münasibətlərin yaxşılaşdırılması tərəfdarları üçün Fransada qələbəyə üstünlük verəcək.
Bundan əvvəl Fransa parlamentinə keçirilən seçkilərdə sol partiyaların “Yeni Xalq Cəbhəsi” koalisiyasının qalib gəldiyi bildirilmişdi.
Mənbə RİA Novosti