Rusiya lideri Vladimir Putin Türkiyə Respublikasının rəhbəri Rəcəb Tayyib Ərdoğanla telefon danışığını planlaşdırmır, lakin lazım gələrsə, prezidentlər arasında ünsiyyət tez bir zamanda razılaşdırıla bilər.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Putin və Ərdoğan danışıqları bir neçə saat ərzində koordinasiya edir”, – Peskov əlavə edib.
Bundan əvvəl Ərdoğan ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) yaxınlaşması məsələsində Rusiya və Çinlə təmasların olduğunu açıqlamışdı.
DOĞRU.AZ