image-n1karobka_ads
image-123
image-668519eaae5ac95592796a14backend

Peskov: Putin və Tramp Ukraynada sülhlə bağlı dialoq aparmırlar

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya lideri Vladimir Putin ABŞ-ın keçmiş lideri Donald Trampla Ukraynadakı münaqişənin həlli məsələlərini müzakirə etmir.

Peskov Qərb mediasının Trampın Ukraynada sülhün əldə olunması ilə bağlı Putinlə dialoq aparması ilə bağlı iddialarına dair məlumatı şərh edib.

“Xeyr, bu belə deyil”, – deyə Peskov RİA Novosti- yə bildirib.

Bundan əvvəl Vladimir Zelenskinin ofisi Kiyevin Rusiya ilə güzəştə getməyə hazır olmadığını bildirib.

Macarıstanın baş naziri Viktor Orban Trampın ABŞ-da keçirilən prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynada  atəşkəs olacağı fikrini bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki