image-n1karobka_ads
image-6996e1beae5ac927485be10dbackend

Peskov: Rusiya İran ətrafındakı vəziyyətin diplomatik yolla həllinə ümid edir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya tərəfi İran ətrafındakı vəziyyətin diplomatik yolla həllinə ümid edir.

Doğru.az xəbər verir ki, Kremlin sözçüsü İran ətrafındakı vəziyyətlə bağlı danışarkən qeyd edib: “Biz hələ də siyasi və diplomatik vasitələrin vəziyyəti həll edəcəyinə ümid edirik”.

Axios portalı əvvəllər ABŞ-ın İrana qarşı əməliyyatının yaxın həftələrdə 90% ehtimalla başlaya biləcəyini xəbər vermişdi. Portalın məlumatına görə, əməliyyat genişmiqyaslı olacaq və bir neçə həftə davam edəcək.

CNN isə bildirir ki, ABŞ ordusu şənbə günü İrana zərbə endirməyə hazırdır, lakin hələlik yekun qərar verilməyib.

Həmçinin, ABŞ-ın mümkün hərbi əməliyyatı ilə əlaqədar İsraildəki müxtəlif xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki