Doğru.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 21 yaşadək futbolçulara ən çox şans verən komanda müəyyənləşib.
Bu göstəricidə ilk pillədə “Qəbələ” yer alıb. Yaş ortalaması 26,5 olan komanda 21 yaşadək olan oyunçularına orta hesabla 10,4 faiz şans verib.
“Qarabağ” (26,6 yaş; 9,5 faiz) bu göstəriciyə görə ikinci, “Sabah” isə (26,7 yaş; 7,6 faiz) üçüncü pillədədir.
Sonrakı sıralarda “Sumqayıt” (25,7 yaş; 5,4), “Keşlə” (27,7 yaş; 4,1 faiz), “Neftçi” (26,4 yaş; 4 faiz), “Zirə” (25,7 yaş; 3,7 faiz) və “Səbail” (26,7 yaş, 1,5 faiz) yer alıb.
DOĞRU.AZ