image-2000x150px
image-123
image-ads_atlas
image-a6dec557-5b40-3604-86d4-e351c718039f_850backend

PFL: “İntizam Komitəsi medianın təhqir olunması ilə bağlı məsələyə baxmalıdır”

image-728x90px

“Düşünürəm ki, AFFA İntizam Komitəsində (İK) bu məsələyə baxılmalıdır. Baxılma ehtimalı da var”.

Bunu  açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) yeni icraçı direktoru Zaur Hacı-Məhərrəmov “Şamaxı”ya qarşı Azərbaycan Premyer Liqasının IV tur oyununda “Qarabağ” azarkeşlərinin medianı təhqir etməsinə münasibət bildirərkən deyib.

PFL rəsmisi İK-in növbəti iclasının qarşıdakı günlərdə keçiriləcəyini bildirib. “Hər şey AFFA nümayəndəsinin hesabatından asılıdır. Daha sonra İntizam Komitəsi yekun qərar verəcək. Onlar müstəqil qurumdur. Hansı qərar verilsə, ictimaiyyətə açıqlanacaq”.

Hacı-Məhərrəmovun fikrincə, fanatların belə davranışı qəbulolunmazdır: “UEFA nümayəndəsi kimi Litvada “Jalgiris” və Bolqarıstanın “Lüdoqorets” komandaları arasında UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçına təyinat almışdım. 120-ci dəqiqədə meydan sahiblərinin qapısına penalti təyin olunandan sonra yerli fanatlar hakimi təhqir etməyə başladılar. Bu, mənim hesabatımda da əks olunub. Təbii ki, Avropa futbol qurumu məsələ ilə bağlı qərar çıxaracaq. Onların bu hərəkəti qəbuledilməzdir. Bu, mənim şəxsi fikrimdir. İntizam Komitəsi AFFA nümayəndəsinin hesabatına əsasən qərar qəbul edəcək”.

Qeyd edək ki, “Qarabağ”ın evdə “Şamaxı”nı 4:0 hesabı ilə yendiyi qarşılaşmanın AFFA nümayəndəsi Ramiz Mustafayev olub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki