image-n1karobka_ads
image-123
image-bata-denizbackend

Pirallahı rayonunda dənizdə bir nəfər batıb

Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi yaşayış massivində dənizdə bir nəfər batıb.

Doğru.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi yaşayış massivinin yaxınlığında, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki