image-ads_n1karobka_mobile
image-17466158855412260112_1200x630backend

Pirallahının Mətbuat küçəsi təmir edilir

image-add-a-heading

Pirallahı rayonunun Pirallahı qəsəbəsində Mətbuat küçəsinin əsaslı təmiri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, 435 metr uzunluğa malik küçədə torpaq yatağının eni 8 metr, yolun hərəkət hissəsinin eni 6 metrdir.

Sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb.

Sonuncu mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki