Baş Prokurorluq avqustun 21-də 1989-cu il təvəllüdlü Pərviz Mustafayevin Binəqədi rayonu ərazisində dəmir relsinin üzərindən piyada keçərkən teplovozun (qatar) ehtiyatsızlıqdan onu vurması ilə bağlı məlumat yayıb.
Doğru.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin mediadan daxil olmuş sorğulara verdiyi cavaba görə, P.Mustafayevin almış olduğu xəsarətlər nəticəsində avqustun 26-da xəstəxanada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
DOĞRU.AZ