image-n1karobka_ads
image-123
image-polisbackend

Polis haqqında Qanuna dəyişiklik edilib

image-ad_qayo_720x110px

Doğru.az xəbər verir ki, Milli Məclis “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Yeni müddəalar polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsini və orqanların maddi‑texniki bazasının möhkəmləndirilməsini hədəfləyir.

Qanuna əsasən:

Polis orqanları tərəfindən istintaq zamanı dövlət büdcəsinə ödənilən ziyanın və

Cinayət məsuliyyətindən azad olunma məqsədilə dövlət büdcəsinə edilən ödənişlərin

hər biri üzrə 5 faizi xüsusi fonda toplanacaq. Toplanan vəsaitlərin istifadəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Bu dəyişikliklər Daxili İşlər Orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və əməkdaşların rifahını yüksəltmək məqsədi daşıyır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki