Polşanın ABŞ-dan aldığı “Abrams” tanklarını saxlamaq üçün yetərli texniki və maddi resurslara malik olmadığı bildirilir.
Doğru.az xəbər verir ki, bu barədə “Gazeta Prawna” nəşrinə Polşanın 1 saylı hərbi aviasiya zavodunun rəhbəri Yaçek Qoşinski açıqlama verib. Onun sözlərinə görə, “Abrams” tankları AGT1500C turboval mühərriklərlə təchiz olunub və bu mühərriklər yalnız sertifikatlı müəssisələrdə xüsusi texniki xidmət tələb edir.
Məsələ ilə bağlı “Military Watch Magazine” yazıb ki, Ukraynaya göndərilməsi planlaşdırılan “Abrams” tankları döyüş meydanında vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyəcək.
Qeyd edək ki, bundan əvvəl Polşa Cənubi Koreyadan 180 ədəd K2 “Qara Panter” tankı da alıb.
DOĞRU.AZ