image-n1karobka_ads
image-123
image-686b8a4502e8bd535d609f82backend

Polşa Almaniya ilə sərhəddə hərbi əməliyyata başlayıb

Polşa Almaniya ilə sərhəddə sərhəd təhlükəsizliyini gücləndirmək məqsədilə “Təhlükəsiz Qərb” adlı əməliyyata start verib. Bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat yayıb.

Doğru.az xəbər verir ki, nazir sosial media hesabında paylaşdığı açıqlamada Polşa ordusunun sərhədçilərə və polisə dəstək məqsədilə Almaniya ilə sərhəddə yerləşdirildiyini bildirib.

Kosinyak-Kamış həmçinin Litva ilə sərhəddə də təhlükəsizlik tədbirlərinin genişləndiriləcəyini vurğulayıb. Məlumata görə, Qərb və şimal-şərq istiqamətlərində həyata keçiriləcək əməliyyatlarda 5 minə yaxın hərbçi iştirak edəcək.

Əməliyyatın başlanmasına səbəb kimi Almaniya polisinin qeyri-qanuni miqrantların Polşa ərazisinə keçməsinə dair mütəmadi məlumatların daxil olması göstərilir. Bu səbəbdən Polşa Almaniya və Litva ilə müvəqqəti sərhəd nəzarəti tətbiq etmək qərarına gəlib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki