Polşa-Belarus sərhədində miqrantla insident baş verib. RMF24 radiosunun məlumatına görə, Polşa əsgəri iyulun 10-da Mixalovo şəhəri yaxınlığında sərhədi keçmək istəyən miqranta rezin güllələrlə atəş açıb.
Doğru.az xəbər verir ki, hadisə zamanı üç miqrant çayı keçməyə cəhd göstərib. Onlardan biri aqressiv davranaraq əsgərlərdən birinə hücum edib. Nəticədə o, hamar lüləli silahdan atılan rezin güllələrlə zərərsizləşdirilib.
Əsgərin ciddi xəsarət almadığı bildirilib. Hazırda yerli prokurorluq əsgərin səlahiyyətlərini aşması ehtimalını araşdırır.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ-ın Kentukki ştatında kilsədə baş verən atışmada iki nəfər ölmüşdü.