Rusiya Aerokosmik Qüvvələrinin Ukraynada işi zamanı Polşa təyyarələri səmaya qalxıb.
Bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.
“Polşa və müttəfiqlərinin təyyarələri Polşanın hava məkanında işləyir və bu, xüsusilə ölkənin cənub-şərq hissəsində artan səs-küy səviyyələri ilə əlaqələndirilə bilər”, – Polşa Silahlı Qüvvələri bildirib.
Qeyd olunur ki, aprelin 6-na keçən gecə “Rusiya uzunmənzilli aviasiyasının Ukrayna ərazisində yerləşən hədəflərə raket hücumları ilə bağlı intensiv fəaliyyəti” olub.
Mənbə: A Haber