Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa hesab edir ki, Polşa məcburi hərbi xidmətin qaytarılması barədə düşünməlidir.
O, fikirlərini YouTube kanalında bildirib.
Severa hesab edir ki, ölkədə məcburi hərbi xidmət məsələsinin müzakirəsinə başlamaq lazımdır. O qeyd edib ki, hərbi xidmət təkcə klassik məşq hazırlığı deyil, həm də maddi-texniki təchizat və kiberməkan sahəsində çalışmaq ola bilər.
Milli Təhlükəsizlik Bürosunun rəhbəri deyib ki, o, hələ də hakimiyyət üçün bu mövzunu müzakirə etməyin nə üçün çətin olduğunu başa düşmür. O vurğulayıb ki, polyak olmaq mümkün hərbi vəziyyət və ya silahlı münaqişə zamanı ölkədən qaçmaq demək deyil.
Mənbə: Lenta.ru