Doğru.az xəbər verir ki, Polşanın yeni seçilmiş prezidenti Karol Navroçki Ukraynanın NATO və Avropa İttifaqına üzvlüyünə qarşı olduğunu bildirib. Bu barədə o, Polsat telekanalına müsahibəsində deyib.
Navroçki qeyd edib ki, “Ukrayna hazırda müharibə şəraitindədir. Onun NATO-ya daxil olması bütün alyans ölkələrinin müharibəyə cəlb olunması deməkdir.”
O həmçinin Ukraynanın Aİ-yə üzv olmasına da qarşı olduğunu vurğulayıb və əlavə edib ki, bir çox ölkələr, o cümlədən Polşa, bu proses üçün illərlə gözləməli olublar.
Xatırladaq ki, Macarıstanın baş naziri Viktor Orban və digər rəsmilər də daha əvvəl Ukraynanın NATO və Aİ-yə üzvlüyünə qarşı çıxıblar.
DOĞRU.AZ