image-n1karobka_ads
image-123
image-676ec2a6ae5ac945517624fbbackend

Polşa Ukraynaya yararsız vertolyotlar təhvil verib

image-ad_qayo_720x110px

Polşa Ukrayna hərbçilərinin təlimi üçün yararsız vəziyyətdə olan Mi-8 və Bell 412-HP helikopterlərini təhvil verib.

Bu barədə TASS-a müsahibəsində Rusiya təhlükəsizlik qüvvələrinin nümayəndəsi danışıb.

Onun sözlərinə görə, Varşava bu cür avadanlıqları Ukraynaya verməklə “zibildən xilas olur”.

Bundan əvvəl Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa ABŞ-ın hərbi yardımı ilə Ukraynanın daha cəmi altı ay ərzində hərbi əməliyyatları davam etdirə biləcəyi ilə bağlı fikir bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki