image-2000x150px
image-123
image-ads_atlas
image-581e6868-4fa4-3732-918c-cb241fcb270c_850backend

Premyer Liqa: “Neftçi” “Turan Tovuz”u, “Səbail” “Sumqayıt”ı qəbul edəcək

image-728x90px

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün IX turun daha iki oyunu keçiriləcək.

Qarşılaşmalar paytaxtda baş tutacaq.

İlk matçda “Səbail” “Sumqayıt”ı qəbul edəcək. “Dənizçilər” 5 xalla 7-ci, “gənclik şəhəri” təmsilçisi 4 xalla 9-cu pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatında 18 dəfə üz-üzə gəliblər. Bunların 9-da qonaqlar, 6-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də Sumqayıt klubu üstündür – 23:14.

İkinci görüşdə çempionluğa iddialı “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. “Ağ-qaralar” 18 xalla 3-cü, bölgə təmsilçisi 10 xalla 6-cı sıradadır. Qonaqlar rəqibinə nisbətən bir oyun az keçirib.

Tərəflər indiyədək Premyer Liqada qarşılaşmayıblar.

Azərbaycan Premyer Liqası, IX tur

8 oktyabr (şənbə)

17:00. “Səbail” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamran Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
“ASCO Arena”

19:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rəhman İmami, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
“Bakcell Arena”

Qeyd edək ki, IX turun açılış matçında “Zirə” evdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 9-da keçiriləcək “Sabah” – “Kəpəz” və “Qəbələ” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki