image-2000x150px
image-123
image-ads_atlas
image-whpuibppv7dnkfo0jftxqukwk0ubhzndfnfgkim4backend

Premyer Liqa: XXX tura bu gün yekun vurulacaq

image-728x90px

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulacaq.

Doğru.az xəbər verir ki, son oyun günü iki görüş keçiriləcək.

Saat 16:30-da start götürəcək matçda “Səbail” “Kəpəz”lə üz-üzə gələcək. Qarşılaşma “ASCO Arena” baş tutacaq.

Günün digər oyununda isə “Sabah” və “Qarabağ” klubları qarşılaşacaqlar. Start fiti 19:00-da çalınacaq görüş “Bank Respublika Arena”da oynanılacaq.

Qeyd edək ki, turun açılış matçında “Sumqayıt” və “Zirə” klubları bərabərə qalıblar – 0:0. Digər qarşılaşmalarda isə “Turan Tovuz” “Qəbələ”yə 2:1, “Neftçi” isə “Araz Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib.

DOĞRU AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki