image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210821_131218_874backend

Premyer Liqamızda 2-ci tur başlayır

image-728x90px

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start veriləcək.

Doğru.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə “Qəbələ” “Keşlə”ni qəbul edəcək. Qəbələ şəhər stadionunda oynanılacaq görüş saat 18:00-da başlayacaq.

Günün son qarşılaşmasında “Sabah” “Sumqayıt”ın qonağı olacaq. Matça saat 20:00-da start veriləcək.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

21 avqust (şənbə) 18:00. “Qəbələ” – “Keşlə” Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov Qəbələ şəhər stadionu

20:00. “Sumqayıt” –“Sabah” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev “Kapital Bank Arena”

22 avqust (bazar) 18:30. “Zirə” – “Neftçi” Zirə İdman Kompleksinin stadionu 20:30. “Qarabağ” – “Səbail” “Azersun Arena”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki