image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210813_094559_084backend

Prezident ən yüksək ordeni Mariya Stadnikə verdi

image-728x90px
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla 9 idmançımıza orden, 7 nəfərə medal verilib.

Doğru.az xəbər verir ki, ən yüksək orden qadınlardan ibarət milli komandamızın üzvü Mariya Stadnikə verilib. Tokio-2020-də bürünc medal qazanan Ukrayna əsilli idmançımız 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

“Vətənə xidmətə görə” ordeni 7 noyabr 2003-cü ildə təsis edilmiş Azərbaycan Respublikasının ordenidir. Üç dərəcədə “Vətənə xidmətə görə” ordeni aşağıdakılara görə verilir:

– Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə;

– dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə;

– milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə.

“Vətənə xidmətə görə” ordeninin yüksək dərəcəsi birinci dərəcə sayılır. “Vətənə xidmətə görə” ordeninin hər üç dərəcəsi ardıcıllıqla verilir. Orden döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda, onlardan sonra taxılır.

Mariya Stadnik ardıcıl 4 olimpiadada medal qazanıb. Güləşçı Pekin-2008 və Tokio-2020-də bürünc, London-2012 və Rio-de-Janeyro-2016-da gümüş medala sahib çıxıb.

Mariya Stadnik 2 dəfə dünya, 8 dəfə Avropa çempionu, 2 dəfə Avropa, 1 dəfə İslam Həmrəyliyi oyunlarının qalibi olub.

İdmançı 2008-ci iildə “Tərəqqi” medalı (Olimpiadada qazandığı bürünc medala görə), 2009-cu ilə “Şöhrət” ordeni (I Avropa Oyunlarında qazandığı qızıl medala görə), 2012-ci ildə Prezidentin fəxri diplomu (Olimpiadada qazandığı gümüş medala görə), 2016-cı ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (Olimpiadada qazandığı gümüş medala görə) ilə təltif edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev 3 nəfəri 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (Rəfael Ağayev, Hacı Əliyev, İrina Zaretska), 3 nəfəri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (Alfonso Domingez, İrina Kindzerska, Rafiq Hüseynov), 2 nəfəri 3-cü dərəcəli “Əmək” ordeni (Aslan Ağayev, Elman Əzimzadə), 7 nəfəri “Tərəqqi” medalı ilə (Vüsal Cəfərov, Anar Məmmədov, Orxan Məmmədov, Rəşad Məmmədov, Radik Hüseynov, Aleksandr Tarakanov, Horta Domingez Humberto) təltif edib.

Həmçinin Tokio-2020-də qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə idmançıların məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib (Namiq Abdullayev, Yaşar Bəşirov, Denis Morozov, Füzuli Musayev, Qurban Tağıyev).

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki