image-2000x150px
image-123
image-ads_atlas
image-cenab-1619468807backend

Prezident: “Horadiz – Ağbənd dəmiryolunun təməldaşını qoyduq” – VİDEO

image-728x90px

Doğru.az xəbər verir ki, Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı Mincivan qəsəbəsində də olub.

Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi “Instagram” səhifəsində paylaşıb.

Ölkə başçısı bildirib:

“Mincivan qəsəbəsi qədim yaşayış məntəqəsidir. Burada dəmiryolu stansiyası yerləşmişdir. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışdılar. Relslərin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkam qurmuşdular. Biz yenidən dəmiryolunu çəkəcəyik. Bu işlərə start verildi. Horadiz qəsəbəsində biz bir müddət əvvəl Horadiz – Ağbənd dəmiryolunun təməldaşını qoyduq. Bu dəmiryolu Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcək”.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki