image-2000x150px
image-123
image-ads_atlas
image-40211_7wv22mpqe3backend

Prezident seçkilərinin nəticələri təsdiqləndi – VİDEO+YENİLƏNİB

image-728x90px

Fevralın 13-də Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.

Doğru.az xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılır.

Konstitusiya Məhkəməsi fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticəsini təsdiqləyib.

Qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki