image-2000x150px
image-comp-versiya
image-1607062228524_lncnqagvbackend

Prezident təhsil müəssisələrinin tikintisi, təmiri və bərpası üçün 20 milyon manat ayırdı – SƏRƏNCAM

image-728x90px

Prezident İlham Əliyev “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncamla Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.14.1-ci yarımbəndində göstərilmiş 20 milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Qeyd olunub ki, Bakı Şəhər İcra Hakimiyyəti bu Sərəncamla təsdiq edilmiş bölgüdə göstərilən layihələr üzrə yerinə yetirilmiş işlər haqqında hesabatı İqtisadiyyat Nazirliyinin tərtib etdiyi formaya uyğun olaraq rübdə bir dəfə, növbəti rübün ilk ayının 10-dan gec olmayaraq, İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

Bakı şəhərində və onun qəsəbələrində tikintisi, əsaslı təmiri və bərpası nəzərdə tutulan məktəblərin siyahısı

DOĞRU.AZ 

Sıra №-siTədbirin adıAyrılan vəsait

(min manatla)

İcrası başa çatan layihələr
 1Sabunçu rayonunun Zabrat qəsəbəsində 71 nömrəli orta məktəb üçün əlavə 30 sinif otaqlı korpusun tikintisinin başa çatdırılması və mövcud binanın əsaslı təmiri6.240,02021
 2Sabunçu rayonunun Zabrat qəsəbəsində 307 nömrəli orta məktəb üçün əlavə 15 sinif otaqlı korpusun tikintisinin başa çatdırılması və mövcud binanın əsaslı təmiri5.280,02021
 3Suraxanı rayonunun Əmircan qəsəbəsində 87 nömrəli orta məktəbin köhnə korpusunun sökülməsi, 1752 şagird yerlik yeni korpusların tikintisi3.210,0 
 4Xətai rayonunda 263 nömrəli orta məktəbin ikimərtəbəli korpusunun və birmərtəbəli keçidlərinin sökülməsi, yeni korpusların (idman və akt zalı ilə) tikintisi3.690,0 
 5Nəsimi rayonunda 35 nömrəli orta məktəbin köhnə korpusunun sökülməsi, yeni korpusun tikintisi1.580,0 
 Cəmi20.000,0 
image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki