image-ads_n1karobka_mobile
image-1644246045_mycollages_-_2022-01-25t120407-006backend

Prezident Yaşar Həsənovu işdən çıxardı – SƏRƏNCAM

Prezident İlham Əliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Doğru.Az xəbər verir ki, sərəncama əsasən, Yaşar Məmmədəli oğlu Həsənov “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilsin.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
DOĞRU.AZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki