image-2000x150px
image-123
image-ads_atlas
image-69c29dd4-1b43-3da2-a98f-8ab7da546ff2_850backend

Prezidentin köməkçisi: “Qarabağ”la həmişə fəxr edirik!”

image-728x90px

“Komandamızla həmişə fəxr edirik! Uğurlar, “Qarabağ!”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov tviter hesabında yazıb.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olub. Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi görüş Ağdam klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə “Viktoriya”ya uduzan “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki