image-2000x150px
image-123
image-ads_atlas
image-5345567backend

Prezidentin təltif etdiyi 13 qadın kimdir? –

image-728x90px

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup xanımı “Tərəqqi” medalı ilə təltif edib.

Doğru.Az “Qafqazinfo”ya istinadən həmin qadınlar barədə qısa məlumatı təqdim edir: Ağayeva Lyubov AleksandrovnaL.Ağayeva Vəkillər Kollegiyasının üzvüdür. O, Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərir. Axundova Nəcibə Novruz qızıN.Axundova 2016-cı il aprelin 18-i Lələ təpədə minaya düşərək şəhid olan polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır. O, Bakı şəhər 45 nömrəli orta məktəbin direktorudur.Alızadə Sevinc Əsgərxan qızıS.Alızadə Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun xanımıdır. O, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədridir. O, eyni zamanda Vəkillər Kollegiyasının üzvüdür.Əfrasiyabova Dilarə Paşa qızıD. Əfrasiyabova Vəkillər Kollegiyasının üzvüdür. O, Bakı şəhəri 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərir.İmanova Mehriban Təyyar qızıİqtisad üzrə fəlsəfə doktoru, dosent M. İmanova Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktorudur.Qasımova Bahar Komandir qızıB.Qasımova Respublika Qadınlar Cəmiyyətinin sədridir.Qəhrəmanova Yaqut Qəhrəman qızıY. Qəhrəmanova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam  Uşaq və Ailələrə Dəstək Mərkəzində fəaliyyət göstərir.Mirzəzadə Gülqədəm Abdulalı qızıG.Mirzəzadə Neftçala  rayon Qadın Resurs Mərkəzinin rəhbəri və Neftçala rayon Aşağı Qaramanlı bələdiyyəsinin sədridir. Muxtarova Dilarə Əliəsgər qızıD.Muxtarova tanınmış azərbaycanlı milyonçu, xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsidir. Rzayeva Yazgül Həsənəli qızıY.Rzayeva Naxçıvan MR Respublika Uşaq Xəstəxanasının nevrologiya şöbəsinin müdiridir.Salamova Gülnaz Mustafa qızıG.Salamova Şəki şəhər bələdiyyəsinin üzvü, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü, “Sevil” Qadınlar Məclisi Şəki təşkilatının sədridir.Salehova Almas Yaqut qızıA.Salehova Ağdaş  rayon Qulbəndə bələdiyyəsində çalışır.Tağıyeva Leyla Çingiz qızı

L.Tağıyeva Heydər Əliyev  Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiridir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki