image-n1karobka_ads
image-123
image-17285483751181724980_1200x630backend

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilir – FOTO

image-ad_qayo_720x110px

Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə oktyabrın 10-da prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilir.

Doğru.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Elektron imtahanlar korpusunda təşkil olunan imtahan 10:00-dan başlayıb və 3 saat davam edəcək.

İmtahanı qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edirlər.

Müsabiqə ilə bağlı müraciəti qeydə alınmış 300-dən artıq namizəd imtahanda iştirak edir. Onlardan 70 və daha artıq bal toplamış namizədlər müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanacaqlar.

Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Baş Prokurorluğun (www.genprosecutor.gov.az) rəsmi internet səhifələrində yerləşdiriləcək.

İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə Baş Prokurorluğun rəsmi internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə əlavə məlumat veriləcək.

DOĞRU.AZ

image-17285483754818128066_1200x630 image-17285483755198611548_1200x630 image-17285483751787761994_1200x630 image-17285483753919610043_1200x630 image-17285483752140261436_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki