image-n1karobka_ads
image-123
image-img-20250707-wa0052backend

PRoMete “Sumqayıt uşağı” adlı yeni mahnısını təqdim etdi – VİDEO

Rep ifaçısı PRoMete (Pərviz İsaqov) 1 illik mahnı marafonunun növbəti işini dinləyicilərə təqdim edib.

Doğru.az xəbər verir ki, ifaçı bu dəfə məşhur “Yuxu” qrupunun “Xəzərin sahilində” mahnısından ilhamlanaraq “Sumqayıt uşağı” adlı treki ərsəyə gətirib.

Duet təklifi qrupun eks-solisti Cəsur Nemətov tərəfindən gəlib. PRoMete bildirib ki, Nemətov mahnının sözləri və nəqarətini dinlədikdən sonra yaradıcı proses başlayıb. Trekin ilk hissəsində 90-cı illərdə Sumqayıtda yaşamış bir obrazın hekayəsi, ikinci hissədə isə ifaçının öz həyatından parçalar yer alır.

Mahnının musiqisi Cəsur Nemətova, sözləri isə Məhərrəm Eminov və PRoMeteyə məxsusdur. “Sumqayıt uşağı” artıq ifaçının rəsmi “YouTube” kanalında və bütün musiqi platformalarında dinlənilə bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki