Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov bildirib ki, NATO Rusiyanı dialoq tərəfdaşı deyil, düşmən hesab edir.
Ona görə də onun fikrincə, NATO ilə dialoq ola bilməz.
Puşkov qeyd edib ki, Alyansın baş katibi Yens Stoltenberqin Rusiya ilə dialoqun mümkünlüyü barədə bu yaxınlarda söylədiyi sözlərə baxmayaraq, NATO-dan dialoq əvəzinə, yenidən yeni silah növləri tədarük ediləcək.
“Biz onlarla dəfə belə bəyanatlar eşitmişik… Bu dəfə də belə olacaq. NATO ilə heç bir dialoq olmayacaq. NATO bizi dialoq tərəfdaşı deyil, düşmən hesab edir”, – Puşkov Telegram kanalında yazıb.
Stoltenberq daha əvvəl demişdi ki, Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə dialoq lazımdır.
Eyni zamanda, o, 2022-ci ilə qədər Ukraynaya kifayət qədər dəstək verilməməsindən təəssüfləndiyini qeyd edib.
Mənbə RİA Novosti