image-ads_n1karobka_mobile
image-67f959ad02e8bd467c5c22adbackend

Putin görüşün əvvəlində Witkoffu ingiliscə salamlayıb

image-add-a-heading

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff arasında Sankt-Peterburqda keçirilən görüş Rusiya dövlət başçısının ingilis dilində söylədiyi salamlama nitqi ilə başlayıb.

RİA Novosti xəbər verir ki, Putin Uitkoffla görüşün əvvəlində “Xoş gəlmisiniz” deyib. ABŞ prezidentinin xüsusi nümayəndəsi də öz növbəsində görüşdən sevinc duyduğunu bildirib və vaxt ayırdığı üçün Rusiya dövlət başçısına təşəkkür edib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Uitkoffla görüşün ardınca Putinlə Tramp arasında telefon danışığını istisna etmədiyini bildirib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki