Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün iyulun 3 və 4-də Astanada olacaq.
Bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd olunur ki, Rusiya lideri sammitdə iştirak etməklə yanaşı, tədbir çərçivəsində assosiasiyada iştirak edən dövlət başçıları ilə bir sıra mühüm ikitərəfli danışıqları planlaşdırır.
Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçiriləcək sammitinə bir sıra dövlət başçılarının və beynəlxalq təşkilatların rəhbərlərinin dəvət edildiyi bildirilirdi.
O da məlum olub ki , ŞƏT sammitinin açılışı Belarusun assosiasiyaya daxil olması ilə başlayacaq.
DOĞRU.AZ