image-n1karobka_ads
image-123
image-1688365279_1622368599140-lukasenko-dha-1-17940754-16-9-1622362778-880-x-495-1backend

Putin Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib

image-ad_qayo_720x110px

Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib.

Putin təbrikində Rusiya və Belarusun müxtəlif sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərdiyini vurğulayıb.

Rusiya prezidentinin teleqramı Kremlin saytında  dərc olunub.

“Müharibənin ağır dövrlərində yaranan dostluq və qarşılıqlı yardım tellərinin bu gün də ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı əsas kimi qalması vacibdir”, – Putin bildirib. 

O, ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinin qardaş Rusiya və Belarus xalqlarının maraqlarına cavab verdiyinə əmin olduğunu bildirib.

Lukaşenko bir qədər əvvəl dünyanın növbəti qlobal fəlakətin astanasında olduğunu bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki