image-ads_n1karobka_mobile
image-6688f992ae5ac910a814402abackend

Putin Pezeşkianı İran prezidenti seçilməsi münasibətilə təbrik edib

Rusiya prezidenti Vladimir Putin Məsud Pezeşkianı İran prezidenti seçilməsi münasibətilə təbrik edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“İran İslam Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin”, – deyə o, təbrik teleqramında qeyd edib. 

Eyni zamanda, o, ümidvar olduğunu bildirib ki, Pezeşkyanın prezident postunda fəaliyyəti iki xalqın mənafeyi naminə bütün sahələrdə konstruktiv ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki