image-n1karobka_ads
image-123
image-684ffd3b02e8bd14eb6f2f41backend

Putin və Ərdoğan İran və İsrail arasında döyüşlərə son qoymağa çağırıblar

Rusiya lideri Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran və İsrail arasında hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Liderlər hərbi əməliyyatların dərhal dayandırılması və mübahisəli məsələlərin, o cümlədən İranın nüvə proqramı ilə bağlı məsələlərin müstəsna olaraq siyasi və diplomatik yollarla həllinin tərəfdarı olduqlarını bildiriblər”, – bəyanatda deyilir.

Qeyd olunur ki, hər iki tərəf artıq çoxlu sayda insan tələfatına səbəb olan və bütün region üçün ciddi uzunmüddətli nəticələrlə dolu olan İran-İsrail münaqişəsinin davam edən gərginləşməsindən ən ciddi narahatlığını ifadə edib.

Bundan əvvəl Putin və Ərdoğan arasında telefon danışığı aparıldığı məlum olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki