Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı aparıb.
Doğru.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə edərək Rusiya–Azərbaycan əməkdaşlığının inkişafına sadiq olduqlarını təsdiqləyiblər.
Hər iki lider Yaxın Şərqdə baş verən münaqişələrin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb və hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı olduqlarını bildiriblər.
Telefon danışığı zamanı Vladimir Putin Rusiyadan İran xalqına humanitar yardımın çatdırılması və Rusiya vətəndaşlarının İrandan təxliyəsinin təşkilində göstərilən köməyə görə İlham Əliyevə təşəkkür edib.
Qeyd edək ki, Vladimir Putin bundan əvvəl İran Prezidenti Məsud Pezeşkyan ilə də telefon danışığı aparıb.
DOĞRU.AZ


























