image-2000x150px
image-123
image-ads_atlas
image-recep-tayyip-erdogan-photo-adem-altan-afp-1598819909backend

Putin və Zelenski İstanbulda görüşə bilər – Ərdoğan

image-728x90px

Ukrayna və Rusiya münasibətlərinin normallaşması üçün İstanbulda hər iki dövlətin liderlərinin görüşü keçirilə bilər

Doğru.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, münasibətlərin normallaşması üçün liderlərin bir araya gəlməsinə Türkiyə ev sahibliyi edə bilər.

“Bu fikrə Volodimir Zelenski və Vladimir Putin müsbət yanaşır. Tarixi onlar təyin edəcəklər. İstanbulda belə bir liderlər zirvəsi keçirə bilsək və inşallah, iki liderlə bu mənfi tendensiyanın müsbətə çevrilməsi qərarını verə bilsək, çox xoşbəxt olacağıq”, – deyə R.T.Ərdoğan əlavə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki