Qara pişik yolu keçmək niyyətində olub, lakin Rusiya prezidenti Vladimir Putinin kortejinin yaxınlaşdığını görüb fikrindən daşınıb.
Bu rəngli pişik ailəsinin nümayəndələri üçün atipik olan hərəkət videoya çəkilib.
Onları şəxsi Telegram kanalında “Rossiya” telekanalının jurnalisti Pavel Zarubin paylaşıb. Onun sözlərinə görə, bu, həftənin ən gülməli kadrıdır.
“Bəlkə də həftənin ən gülməli kadrı: Putinin korteji və yeganə düzgün qərar verən qara pişik” deyə o yazıb.
İyulun ortalarında Şimali Koreya lideri Kim Çen Inın Putinə verdiyi itlərin ləqəb alması xəbəri yayılmışdı.
Mənbə RİA Novosti