image-2000x150px
image-123
image-ads_atlas
image-russian-president-putin-visits-turkeybackend

Putinlə Ərdoğan arasında telefon danışığı olub

image-728x90px

Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.

Bu barədə kremlin.ru saytında məlumat verilib.

Söhbət əsnasında Rusiya lideri yanğınların söndürülməsində Moskvanın Ankaraya hərtərəfli kömək göstərməyə davam edəcəyini bildirib.

“Türkiyənin cənub bölgələrində baş verən meşə yanğınları nəticəsində yaranan fövqəladə vəziyyət müzakirə edildi. Bu təbii fəlakətlə mübarizədə iki ölkə arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd edildi”, – deyə məlumatda bildirilir.

Söhbət zamanı Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələləri də nəzərdən keçirilib və bir gün əvvəl keçirilən ikitərəfli Hökumətlərarası Komissiya iclasının nəticələrinə müsbət qiymət verilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki