Qadınlar üzrə sablya millimiz Rusiyada baş tutan açıq turnirdə qüvvəsini sınayıb.
Doğru.az xəbər verir ki, Novoqorsk şəhərinin İlqar Məmmədov adına qılıncoynatma mərkəzində keçirilən turnirdə 43 nəfər iştirak edib. Yarışın qalibi millimizin üzvü Anna Başta olub.
İdmançımız həlledici görüşdə Alina Mixaylovanı 15:12 hesabı ilə məğlub edib. Turnirin 1/4 finalında Azərbaycan dueli baş tutub. Yarışın gələcək qalibi komanda yoldaşı Valeriya Bolşakovanı 15:14 üstəlyib. O, yekun sıralamada 5-ci olub.

























