image-n1karobka_ads
image-123
image-296106_boh7v2u12gbackend

Qadınların pensiya yaşının artırılması sərt tənqidə səbəb oldu

Ötən gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılaraq, 64 il 6 ay olub.

Axşam.az xəbər verir ki, bununla bağlı xəbərə tanınmış simalar reaksiya veriblər. Onlar “show_news” instaqram səhifəsində olan yazıya şərh yazaraq, bunu məsxərəyə qoyublar.

Şair Nazilə Səfərli “Düz edirlər, 45-i keçən üzgərmə edir, çıxır TikTok-a. Onlar da görür ki, bu hələ özü qazana bilər. Qalanlar da onların oduna yandı” sözlərini yazıb.

Aparıcı Zemfira Adıgözəlova “Adamlar 50 yaşdan o tərəfə işə düzələ bilmir. Heç yerdə işə götürmürlər. 15 il gözləməlidir ki, pensiya alacaq” deyə, xəbərə reaksiya verib.

Müğənni Günel Ələkbərova isə “Əla… 80 yaşında versinlər, “kim qaldı o da aldı” kampaniyasından silsilələr. Allaha pənah. Əslində bu gözəl təşəbbüs insanların uzunömürlü olması üçündür. Bəlkə pensiya puluna görə dirənib ölməzlər” deyə, şərhdə yazıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki