image-2000x150px
image-123
image-ads_atlas
image-ardabackend

“Qalatasaray” Arda Turan üçün vida matçı təşkil edəcək

image-728x90px

Türkiyə “Qalatasaray”ı sabiq futbolçusu Arda Turan üçün vida oyunu təşkil edəcək.

Bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Erden Timur klubun rəsmi yutub kanalına açıqlama verib.

Funksioner bildirib ki, “sarı-qırmızılılar” bu cür məsələlərə həssas yanaşır: “Arda Türkiyənin ən titullu futbolçusudur. Bizim yetirməmizdir, İspaniyada “Atletiko” (Madrid) və “Barselona” kimi komandalarda oynayıb. Çox vacib oyunçudur. Bu cür futbolçuları unutmamaq, onlara dəyər vermək əsas məqsədimizdir”.

Qeyd edək ki, Arda Turan sentyabrın 12-də karyerasını başa vurduğunu açıqlayıb. O, Türkiyədə “Qalatasaray”dan başqa, “Manisaspor” və “Başakşehir”in də formasını geyinib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki