image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1646910541921backend

Qalmaqallı cərrah Araz Bayramovun işinə baxılacaq: məhkəməyə gələcəkmi?

image-728x90px

Tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşının sağlamlığına xələl gətirən həkim Uroloq Araz Bayramovla bağlı apellyasiya məhkəməsinin növbəti iclası 11 mart saat 15.00-da Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.

Ednews xəbər verir ki, işə hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılır.

Xatıladaq ki, Bayramov Araz Eldar oğlunun iddiaçı Anar Gözəlov Yaqub oğlunu 18 fevral 2021-ci il tarixində “Buta” Klinikasında etdiyi əməliyyat nəticəsində ikitərəfli beyin insultu və qanaxması ilə anlama və nitq qüsurlu qalmasına görə, ona qarşı mənəvi və maddi zərərin ödənilməsinə dair mülki iddia qaldırılıb.  2 iyul 2021-ci il tarixində iddiaçı tərəf olaraq dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət olunub. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, iş № 2(005)- 3675/2021 qətnaməsininin qərəzli olduğunu qeyd edən iddiaçı tərəf zərərçəkən olaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, məhkəmə işi ilə bağlı qərar çıxaran Nərimanov Rayon Məhkəməsinin hakimi Vüqar Quliyev artıq hakimlikdən alınıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki