image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-08-05t231559-543backend

Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb 

image-728x90px

Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.                            Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyri-qanuni balıq ovu ilə məşğul olan rayonun Poylu qəsəbə sakinləri Rəşad Qurbanov və Katib Hüseynov saxlanılıblar.

Yoxlama zamanı onlardan bir ədəd rezin qayıq, 2 ədəd avar, bir ədəd elektrik cərəyanını artıran cihaz, bir ədəd akkumulyator, bir ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ovladıqları balıq və digər əşyalar götürülərək polis əməkdaşları tərəfindən protokollaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki