image-2000x150px
image-123
image-ads_atlas
image-qarabagbackend

“Qarabağ”a 1,5 milyon avrodan çox ödəniş edildi

image-728x90px

UEFA “Qarabağ” klubuna 1 516 min avro ödəniş edib.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, bu məbləğ Azərbaycan çempionunun 2023/2024 mövsümündə Avropa Liqasının qrup mərhələsində keçirdiyi son iki oyunda əldə etdiyi nəticələr (bir qələbə, bir heç-heçə) və turnirin pley-off mərhələsinə vəsiqə qazanması, həmçinin performans bonusu ilə əlaqədar verilib.

“Köhlən atlar” qələbəyə görə 630 min avro, bərabərlik üçün 210 min avro alıblar. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnirin pley-off mərhələsinə yüksəldiyindən 550 min avro, performans bonusu olaraq isə 126 min avro gəlir əldə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki