image-n1karobka_ads
image-123
image-img-20250729-wa0056backend

“Qarabağ”ın oyunu günü metronun iş rejimi dəyişəcək

image-ad_qayo_720x110px

İyulun 30-da UEFA Çempionlar Liqasının seçmə mərhələsində keçiriləcək “Qarabağ” – “Şelbörn” oyunu ilə əlaqədar Bakı Metropolitenində dəyişiklik ediləcək.

Doğru.az xəbər verir ki, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuna yaxın “Gənclik” stansiyası başda olmaqla, “Nərimanov” və “28 May” stansiyalarında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Azarkeşlərin istiqamətləndirilməsi, təhlükəsiz və rahat daşınması üçün əlavə tədbirlər görüləcək, stansiyalarda nəzarət mexanizmləri gücləndiriləcək və əlavə işçi qüvvəsi cəlb olunacaq. Qatarlar yay qrafiki ilə işləsə də, ehtiyat qatarlar xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq.

DOĞRU.AZ

image-img-20250729-wa0056

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki