image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210718_131641_332backend

“Qarabağ”ın sabiq qapıçısı İngiltərə klubunda!

image-728x90px

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını İngiltərənin “Everton” klubunda davam etdirəcək.

Doğru.az məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tvitter hesabında yazıb.

Onun sözlərinə görə, tibbi müayinədən uğurla keçən Bosniya və Herseqovina yığmasının 34 yaşlı qolkiperi ilə yaxın saatlarda rəsmi müqavilə imzalanacaq. Sözləşmənin müddəti 2 illikdir.

Qeyd edək ki, son klubu İngiltərə “Bornmut”u olan Asmir Beqoviç 2019-cu ildə “Qarabağ”ın formasını geyinib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki