image-n1karobka_ads
image-123
image-17086255302321750068_1200x630backend

Qarabağ” tarixində ilk dəfə 1/8 finala vəsiqə qazanıb – FOTOLAR

image-ad_qayo_720x110px

“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Ağdam təmsilçisi doğma meydanda Portuqaliyanın “Braqa” klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubu 57-ci dəqiqədə meydanda azlıqda qalıb. Elvin Cəfərquliyev ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Hesab isə 70-ci dəqiqədə açılıb. Rocer Fernandes braqalıları önə keçirib. 83-cü dəqiqədə Alvaro Calo ikinci topu Azərbaycan çempionunun qapısından keçirib. Əsas vaxtda başqa qol olmayıb və ümumi hesab bərabərləşib – 4:4. Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. 103-cü dəqiqədə “Qarabağ”ın müdafiəçisi Mateus Silva fərqi minimuma endirib – 1:2. Qonaqlar 115-ci dəqiqədə Simon Banzanın penaltidən vurduğu qolla komandasının üstünlüyünü yenidən artırıb. Matçda son nöqtəni isə 120+2-ci dəqiqədə Nəriman Axundzadə qoyub.

Səfərdəki ilk matçda rəqibinə 4:2 hesabı ilə qalib gələn “Qarabağ” iki görüşün nəticəsinə əsasən tarixində ilk dəfə 1/8 finala vəsiqə əldə edib.

DOĞRU.AZ

image-17086255302321750068_1200x630 image-1708625530946916150_1200x630 image-1708627984319121829_1200x630 image-17086279841886519548_1200x630 image-17086279844194944262_1200x630 image-1708627984115896230_1200x630 image-1708627984123618906_1200x630image-17086279842375721038_1200x630image-17086279843220634610_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki