image-ads_n1karobka_mobile
image-17091297515446764197_1200x630backend

Qarabağ Universitetində ilk vakansiya

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə ilk vakansiya elan edilib.

Doğru.az xəbər verir ki, bu haqda Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə son müraciət tarixi 15 mart 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: Qarabağ Universitetində vakansiya – proqram rəhbəri

Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki